Azərbaycanın qadın güləşçisi "Rio-2016"da bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi "Rio-2016"da bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB Natalya Sinişin seneqallı İzabelle Sambunu və venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası məğlub etməlidir
Fərdi
18 Avqust , 2016 20:37
Azərbaycanın qadın güləşçisi Rio-2016da bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Natalya Sinişin təsəlliverici görüşlərə çıxacaq. 

"Report"un məlumatına görə, bu, 63 kq çəki dərəcəsində çıxış edən Sinişinin görüşdə uduzduğu yaponiyalı Saori Yoşidanın finala çıxmasından sonra dəqiqləşib. 

Azərbaycan güləşçisi bürünc medal qazanmaqdan ötrü əvvəlcə seneqallı İzabelle Sambunu, ardından venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası məğlub etməlidir.

*** 17:35

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Natalya Sinişin ilk görüşünü keçirib. 

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Sinişinin rəqibi 3 qat olimpiya və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida olub.

Görüş Yoşidanın qələbəsi ilə yekunlaşıb - 0:4.

Bununla belə, Sinişin bürünc medal şanslarını saxlayır. Bunun üçün Yoşida finaladək irəliləməlidir.

Son xəbərlər

Orphus sistemi