​Azərbaycan yığmasının "Rio-2016"ya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb

​Azərbaycan yığmasının "Rio-2016"ya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb İstanbula 3 taekvondoçu aparılacaq
Fərdi
5 Yanvar , 2016 11:06
​Azərbaycan yığmasının Rio-2016ya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, yanvarın 16-da Türkiyənin İstanbul şəhərində start götürəcək turnirə 3 taekvondoçu yollanacaq.

Yığma komandanın baş məşqçisi Reza Mehmandust qadınların mübarizəsində Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq), kişilərin yarışında isə Milad Beigi Harçeqaniyə (80 kq) şans verəcək. Olimpiadaya lisenziya qazanmaq üçün hər çəkidə finala vəsiqə qazanmaq lazımdır. 

Qeyd edək ki, qarşıdakı olimpiadada taekvondo yarışında ümumilikdə 128 taekvondoçu iştirak edəcək ki, onlardan 64-ü qadın, 64-ü isə kişi idmançı olacaq. Reqlamentə əsasən, hər ölkəyə 2-si qadın, 2-si kişi olmaqla, maksimum 4 çəki dərəcəsində lisenziya şansı verilir. Hələlik Azərbaycan taekvondonçularından biri - Radik İsayev (+80 kq) yığdığı reytinq xalları sayəsində "Rio-2016"ya vəsiqə əldə edib. 

Son xəbərlər

Orphus sistemi