Azərbaycan millisinin yeni voleybolçusu: “Sevinirəm ki, bura gəlmişəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin yeni voleybolçusu: “Sevinirəm ki, bura gəlmişəm” - MÜSAHİBƏ Olena Həsənova: “Bu ölkə voleybolçu kimi yetişməyimdə mənə dəstək olub”
Fərdi
12 Aprel , 2017 12:24
Azərbaycan millisinin yeni voleybolçusu: “Sevinirəm ki, bura gəlmişəm” - MÜSAHİBƏ
Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının qadın voleybolçusu Olena Həsənovanın “Report”a müsahibəsi:

- Qarşıda sizi çətin oyunlar gözləyir. Əvvəlcə IV İslam Həmrəylyi Oyunları, sonra isə dünya çempionatının seçmə mərhələsi və Avropa çempionatı var. Nə düşünürsünüz?

- Bütün matçlar önəmlidir. Hamısına yaxşı hazırlaşmaq lazımdır. Məşq edirik və yarışlara köklənməyə çalışırıq.

- İslamiadanın hazırlıq prosesinə başlamısınız. Məşqlər necə gedir?

- Hələlik Bakıda hazırlıq keçirik. Aprelin 15-dən Sloveniyada 2 həftəlik toplanış olacaq. Məşqlər çox yaxşı keçir. Bütün elementlər üzərində işləyirik.

- Cari mövsümdə “Telekom”un heyətində uğurlu mövsüm keçirdiniz və Azərbaycan çempionu oldunuz. Başqa klubdan təklif var, yoxsa hazırkı komandanızda qalacaqsınız?

- “Telekom”la müqaviləmin müddəti başa çatıb. İslamiadada oynayaq, sonrasına baxarıq. Adətən, transferlər böyük turnirlərdən sonra olur.

- Hansı ölkənin çempionatında oynamaq istərdiniz?

- Hamısı yaxşıdır. İtaliya və Türkiyə çempionatlarından xoşum gəlir. Əlbəttə, orada çıxış etmək istərdim.

- Ukraynalı olsanız da, Azərbaycan milli komandasını seçdiniz. Bu, ailəniz tərəfindən necə qarşılandı?

- Bəli, ailəmlə düşünüb, qərar verdik. Azərbaycan yaxşı variantdır. Sevinirəm ki, bura gəlmişəm. Bu ölkə voleybolçu kimi yetişməyimdə mənə dəstək olub. Azərbaycan yığmasını seçməyi düzgün qərar hesab edirəm.

- Bir blokçu üçün əsas məsələ toppaylayıcı ilə anlaşmaqdır. Sizin üçün Kristina Yaqubova ilə oynamaq asandır, yoxsa Şəfaqət Həbibova ilə?

- Prinsipcə, hər ikisi ilə oynamaq rahatdır.

- Kumiriniz kimdir?

- Foluke Akinradevo. O, Azərbaycanda "Rabitə" klubunda çıxış etdiyi vaxt ABŞ yığması ilə 2014-cü il dünya çempionatının qalibi olub. Akinradevo həm də son iki olimpiadanın mükafatçısıdır. 

Son xəbərlər

Orphus sistemi