Azərbaycan millisinin voleybolçusu: "Finalda məğlub olsaq da, əlimizdən gələni etdik"

Azərbaycan millisinin voleybolçusu: "Finalda məğlub olsaq da, əlimizdən gələni etdik" "Azərbaycanı yenə layiqincə təmsil etməyə çalışacağıq"
Fərdi
22 May , 2017 11:48
Azərbaycan millisinin voleybolçusu: Finalda məğlub olsaq da, əlimizdən gələni etdik

Bakı. 22 may. REPORT.AZ/ "Finalda məğlub olsaq da, əlimizdən gələni etdik". Bunu "Report"a açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında İran millisi ilə final oyununda 0:3 hesabı ilə uduzan kişilərdən ibarət Azərbaycan milli komandasının voleybolçusu Vüqar Bayramov deyib.

O, ikinci yeri tutmalarını yaxşı nəticə hesab etdiyini bildirib: "Çünki 10 komanda arasından bu yerə qədər gəlmək də böyük nəticədir. Oyunlarda əlimizdən gələni etməyə çalışdıq. Ancaq bilirik ki, İran komandası dünyada voleybol oyunu sahəsində tanınır. Bundan sonra məşqlərə davam edəcəyik. Qarşımızda dünya çempionatının seçmə mərhələsi var. Azərbaycanı yenə layiqincə təmsil etməyə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi