Azərbaycan güləşçisinin olimpiadaya lisenziya xarakterli yarışda iştirak etməmə səbəbi açıqlanıb

Azərbaycan güləşçisinin olimpiadaya lisenziya xarakterli yarışda iştirak etməmə səbəbi açıqlanıb Dünya və Avropa çempionunun Monqolustan paytaxtında zədələndiyi bildirilir
Fərdi
26 Aprel , 2016 17:53
Azərbaycan güləşçisinin olimpiadaya lisenziya xarakterli yarışda iştirak etməmə səbəbi açıqlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Monqolustanın paytaxtı Ulan Batorda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I Dünya Təsnifat Turnirində Azərbaycan yunan-Roma güləşçisi Həsən Əliyevin çıxış etməməsinin səbəbi açıqlanıb. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, 66 kq çəki dərəcəsində yer alan Avropa və dünya çempionu zədəli olduğu üçün görüşlərə çıxmayıb. 

Onun Ulan-Batorda çəkiölçmə mərasimindən öncə  məşq zamanı zədələndiyi bildirilib. Bu səbəbdən, Əliyevin adı həmin çəkidəki iştirakçılar siyahısından çıxarılıb. 

Qeyd edək ki, I Dünya Təsnifat Turnirində "Rio-2016"ya yeganə lisenziyanı sərbəst güləşçi Mircəlal Həsənzadə (57 kq) qazanıb. 

Son xəbərlər

Orphus sistemi