​Azərbaycan boksçusu olimpiya medalının bir addımlığında mübarizəni dayandırıb

​Azərbaycan boksçusu olimpiya medalının bir addımlığında mübarizəni dayandırıb Abdulqadir Abdullayev 1/4 finalda özbək rəqibinə məğlub olub
Fərdi
10 Avqust , 2016 21:22
​Azərbaycan boksçusu olimpiya medalının bir addımlığında mübarizəni dayandırıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Abdulqadir Abdullayev 1/4 final döyüşünə çıxıb.

"Report"un məlumatına görə, 28 yaşlı idmançının rəqibi özbək Rüstəm Tulaqanov olub.

Görüş Tulaqanovun hər 3 raundda qələbəsi ilə yekunlaşıb. Beləliklə, yarımfinala yüksələ bilməyən Abdullayev mübarizəni dayandırıb və ən azı bürünc medaldan məhrum olub.

Qeyd edək ki, döyüş ərzində Rüstəm Tulaqanov bir neçə dəfə qaydanı pozmağa cəhd edib. O, hətta ilk raundda noqdauna da düşüb. Amma hakimlər bunlara göz yumublar.

Son xəbərlər

Orphus sistemi