Əfqanıstanda ISAF-in yeni komandanı təyin olunub

Əfqanıstanda ISAF-in yeni komandanı təyin olunub Yeni komandan ABŞ ordusu Baş gərargah başçısının keçmiş müavini seçilib
Hərbi
27 Avqust , 2014 14:38
Əfqanıstanda ISAF-in yeni komandanı təyin olunub

Bakı. 27 avqust. REPORT.AZ/  NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) yeni komandanı təyin olunub.

Report-un NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ISAF qüvvələrinin yeni komandanı Con Kempbell təyin edilib. Bu vəzifədə o, Cozef Danfordu əvəz edəcək. 

Əvvəllər Kempbell ABŞ ordusu  Baş gərargah başçısı müavini vəzifəsini icra edib. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri də Əfqanıstanda ISAF missiyasında iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi