Azərbaycan ordusunun zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub

Azərbaycan ordusunun zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub Mərkəzdə döyüş texnikasının zirehli korpusu, avtomobil üzərindəki avadanlıq və silah sistemlərinə texniki qulluq göstəriləcək
Hərbi
8 Avqust , 2017 11:43
Azərbaycan ordusunun zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub
Mod.gov.az

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin inkişaf etdirilməsi məqsədi ilə görülən fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib.

Bildirilib ki, mərkəzdə Silahlı Qüvvələrin silahlanmasında olan döyüş texnikasının zirehli korpusu, avtomobil üzərindəki avadanlıq və silah sistemlərinə texniki qulluq göstəriləcək.

Mərkəzdə mütəxəssislər tərəfindən sürücülər, tuşlayıcılar, operatorlar və digər ixtisaslar üzrə şəxsi heyətin hazırlanması üçün bütün şərait yaradılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzdəki silah anbarı, laboratoriya, digər xidməti və inzibati otaqlarla tanış olub.

Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı brifinq təqdim olunduqdan sonra müdafiə naziri onun fəaliyyətinin və imkanlarının artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi