Azərbaycan Prezidenti bir qrup hərbi qulluqçunu təltif edib

Azərbaycan Prezidenti bir qrup hərbi qulluqçunu təltif edib Zaur Abdullayev və Səxavət Salmanova general-mayor ali hərbi rütbəsi verilib
Hərbi
12 Fevral , 2015 18:55
Azərbaycan Prezidenti bir qrup hərbi qulluqçunu təltif edib

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnik Səxavət İbrahim oğlu Salmanova “general-mayor” ali hərbi rütbəsi verilib.

Bundan əlavə, dövlət başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Əhmədov Asəf Müzəffər oğlu – polkovnik

Əliyev Fikrət Əli Səftər oğlu – polkovnik

Şahverdiyev Mayıl Seminar oğlu – polkovnik

Babayev Azər Ələddin oğlu – polkovnik-leytenant

Baxşəliyev Ziyarəddin Ramazan oğlu – polkovnik-leytenant

Əliyev İlqar Əmiraslan oğlu – polkovnik-leytenant

Məmmədov Şaiq Bilman oğlu – polkovnik-leytenant

Rəhimov Novruz Məmməd oğlu – mayor.

Son xəbərlər

Orphus sistemi