Yuxarı
    Bağlamaq

    Zakir Həsənovun rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

    Müşavirədə çıxış edən nazir təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Nazirlikdən "Report"a verilən xəbərə görə, müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

    Müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

    Müşavirədə çıxış edən nazir təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi