Yuxarı

Zakir Həsənov: "Yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçu daimi mənzillə təmin olunacaq"

Zakir Həsənov: "Yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçu daimi mənzillə təmin olunacaq"

Bakı. 22 iyun. REPORT.AZ/ "Yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub". 

"Report"un məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. 

Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır: "Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illərdə Bakı, Gəncə və Naxçıvanda 1400-dək hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 2000-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib".

Nazir bildirib ki, qısa müddətdə xüsusilə cəbhəboyu zonada 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib: "Hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır. Bundan əlavə, Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi