Zakir Həsənov ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib - VİDEO

Zakir Həsənov ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib - VİDEO Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi davam edir.
Hərbi
25 Aprel , 2019 16:48
Zakir Həsənov ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib - VİDEO

Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi davam edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonaya yaxın ərazidə yerləşən poliqonlardan birində olublar. 

Müdafiə Nazirliyinin rəhbərliyi burada müxtəlif bölmələrin iştirakı ilə keçirilən döyüş atışlı təlim məşqlərini izləyib.

Son xəbərlər

Orphus sistemi