Yuxarı
    Bağlamaq

    Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

    Səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələr üçün faydalı olduğu vurğulanıb.

    Səfirlə əvvəlki görüşlərini xatırlayan müdafiə naziri ölkələr arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Səfir görüşə görə minnətdarlığını ifadə edərək Bakıdanxoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi