Yuxarı
    Bağlamaq

    ​Zakir Həsənov: "Türkiyə ilə əlaqələr inkişaf etdikcə, yaxın gələcəkdə müsbət addımların bəhrəsini görəcəyik"

    Türkiyə Hərbi Akademiyalarında təhsil alacaq zabitlərin və mütəxəssislərin sayının artırılması vacibdir

    Bakı. 19 may. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Türkiyənin Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

    Müdafiə naziri Zakir Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərin gündən-günə möhkəmləndiyini vurğulayıb.

    Nazir Türkiyə Hərbi Akademiyalarında təhsil alacaq zabitlərin və mütəxəssislərin sayının artırılması, Azərbaycan hərbçilərinin müxtəlif kurslara ezam olunması məsələlərinin vacibliyini qeyd edib, belə tədbirlərin planlı, kompleks şəkildə həyata keçirlməsinə dair fikirlərini bölüşüb.

    Bu kimi tədbirlərin hər iki qardaş ölkə üçün səmərəli olduğunu vurğulayan müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib: "Biz indi gördüyümüz bu işlərlə gələcək uğurların təməlini qoyuruq. Əlaqələrimiz inkişaf etdikcə, inanıram ki, yaxın gələcəkdə indi atdığımız müsbət addımların bəhrəsini görəcəyik".

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

    Səmimi qəbul üçün təşəkkürünü bildirən ordu generalı Abdullah Rəcəb iki ölkə arasında əlaqələrin qədim tarixi kökləri olduğunu, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını bildirib. O, Türkiyə-Azərbaycan tərəfdaşlığının vacibliyini bir daha vurğulayıb.

    Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun və hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi