Zakir Həsənov təlimdə iştirak edən hərbi hissələrin hazırlığını yoxlayıb

Zakir Həsənov təlimdə iştirak edən hərbi hissələrin hazırlığını yoxlayıb Nazir tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib
Hərbi
9 Sentyabr , 2015 11:30
Zakir Həsənov təlimdə iştirak edən hərbi hissələrin hazırlığını yoxlayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb. Bu barədə “Report”a Müdafiə Nazirliyini mətbuat xidmətindən məlumat verilib.

Hərbi oyunların ssenarisinə əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Hərbi oyunlar davam edir.

Son xəbərlər

Orphus sistemi