Yuxarı

Zakir Həsənov Rusiyaya gedəcək

Zakir Həsənov Rusiyaya gedəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi