Zakir Həsənov Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb

Zakir Həsənov Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Hərbi
27 Sentyabr , 2016 18:27
Zakir Həsənov Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hava Kosmik Qüvvələr komandanı general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi