Nazir Zakir Həsənov qoşunların döyüşə hazırlıq səviyyəsini yoxlayıb - VİDEO

Nazir Zakir Həsənov qoşunların döyüşə hazırlıq səviyyəsini yoxlayıb - VİDEO Qoşunlar qəfil həyacan siqnalı ilə qaldırılıb
Hərbi
20 Avqust , 2015 17:14
Nazir Zakir Həsənov qoşunların döyüşə hazırlıq səviyyəsini yoxlayıb - VİDEO

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəfil həyəcan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.

Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi