Yuxarı

Zakir Həsənov Azərbaycan-Türkiyə birgə təlimlərini izləmək üçün Naxçıvana gedib

Müdafiə naziri Türkiyənin ordu generalı Ümit Dündarla görüşüb

Bakı. 15 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır. "Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Məlumatda qeyd olunub ki, müdafiə naziri təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyənin 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə təlimlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin vacibliyi, hərbi əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.

Sonra müdafiə naziri və türkiyəli qonaqlar Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə, Şəhidlər Xiyabanına, türk şəhidliyinə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi