Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Hərbi
7 İyun , 2018 12:09
Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi