Yuxarı
    Bağlamaq

    ​Zakir Həsənov Moskvaya səfərə gedib

    Müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək

    Bakı. 31 iyul. REPORT.AZ/ İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.

    Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi