Yuxarı
    Bağlamaq

    Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

    Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər.
    Sonra Müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi