Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib - YENİLƏNİB

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib - YENİLƏNİB Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
Hərbi
6 İyun , 2018 13:37
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. 

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və “Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.


*** 13:02

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gedib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, o, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək. 

Müdafiə nazirləri tədbirdən əvvəl Tıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.

Son xəbərlər

Orphus sistemi