Zakir Həsənov: "Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir"

Zakir Həsənov: "Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir" Müdafiə naziri Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Mohamed Gamil ilə görüşüb
Hərbi
4 Mart , 2016 17:21
Zakir Həsənov: Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Mohamed Gamil ilə görüşüb. 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Zakir Həsənov Azərbaycanla Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hər iki dövlətin  maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib. Nazir regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Son xəbərlər

Orphus sistemi