Yuxarı

Zakir Həsənov Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Zakir Həsənov Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivləri müzakirə edilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xəlili ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Nazir Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edərək hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini bildirib.

İki ölkənin hər zaman müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəklədiklərini diqqətə çatdıran səfir Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan və Əfqanıstan müdafiə nazirlikləri arasında əfqanıstanlı hərbi qulluqçuların Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında sazişin qüvvəyə minməsinin əhəmiyyətini vurğulayan səfir öz ölkəsinin rəhbərliyi və xalqı adından təşəkkürünü çatdırıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi