Zakir Həsənov cəbhə bölgəsində “Açıq qapı” günündə iştirak edib

Zakir Həsənov cəbhə bölgəsində “Açıq qapı” günündə iştirak edib Ziyarətçilər hərbi hissədə yaradılan şəraitlə tanış olublar
Hərbi
2 Sentyabr , 2017 16:37
Zakir Həsənov cəbhə bölgəsində “Açıq qapı” günündə iştirak edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 2-də Qurban bayramı münasibətilə hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti iştirak edib.

Bu barədə "Report"a nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə əsgər valideyinləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimayyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən tədbirlər, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələləri onların diqqətinə çatdırıb, qonaqları maraqlandıran suallarla bağlı fikirlərini bölüşüb.
Ziyarətçilər hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Sonra xatirə olaraq hərbi hissə ərazisində çinar ağacları əkilib.
Bayram münasibətilə qurbanlar kəsildikdən sonra qonaqlar əsgər yeməkxanasında birgə nahar ediblər.
Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi