Zakir Həsənov: "Bu ilin sonunadək Azərbaycan Ordusunun hərbi hissələrinin 90 faizi yenidən qurulacaq"

Zakir Həsənov: "Bu ilin sonunadək Azərbaycan Ordusunun hərbi hissələrinin 90 faizi yenidən qurulacaq" “Mən dövlət başçısına məruzə etmişəm ki, 2019-ci ilin sonuna qədər Azərbaycan Ordusunun hərbi hissələrinin 90 faizi yenidənqurulması və bərpa işləri yekunlaşdırılacaq. Növbəti illərdə isə bu faizin 100-ə çatdırılmasını düşünürük”.
Hərbi
4 Aprel , 2019 13:46
Zakir Həsənov: Bu ilin sonunadək Azərbaycan Ordusunun hərbi hissələrinin 90 faizi yenidən qurulacaq

“Mən dövlət başçısına məruzə etmişəm ki, 2019-ci ilin sonuna qədər Azərbaycan Ordusunun hərbi hissələrinin 90 faizi yenidənqurulması və bərpa işləri yekunlaşdırılacaq. Növbəti illərdə isə bu faizin 100-ə çatdırılmasını düşünürük”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, dövlət bunun üçün çox ciddi vəsaitlər ayırıb: “Biz hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraiti nümayiş etdiririk. Bəzən valideynlər bizə deyir ki, bizim evimizdə heç belə şərait yoxdur. Mən tam məsuliyyətlə deyirəm ki, dünyanın heç bir dövlətinin hərbi hissələrində belə şərait yoxdur. Mən çox dövlətdə olmuşam və görmüşəm”.

Nazir vurğulayıb ki, hər bir hərbi hissənin yanında zabitlər üçün xidməti mənzillər inşa edilib: “Azərbaycanla yanaşı, bir neçə dövlət istisna olmaqla, dünyanın heç bir dövlətində 20 ildən çox qüsursuz xidmət edən zabit dövlət tərəfindən mənzillə təmin olunmur. Azərbaycanda mindən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub”. 

Son xəbərlər

Orphus sistemi