Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının açılış mərasimində iştirak edib

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının açılış mərasimində iştirak edib Bakı. 28 iyul. REPORT.AZ/ Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Hərbi
28 İyul , 2018 17:39
Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının açılış mərasimində iştirak edib

Bakı. 28 iyul. REPORT.AZ/ Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri Bakıda keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, Azərbaycan hərbçiləri İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.

Son xəbərlər

Orphus sistemi