Zakir Həsənov Belarusa səfərə gedib

Zakir Həsənov Belarusa səfərə gedib Azərbaycanın müdafiə naziri Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub
Hərbi
22 Fevral , 2018 13:08
Zakir Həsənov Belarusa səfərə gedib

Bakı. 22 fevral. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 22-də Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi