Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”

Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm” “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.
Hərbi
21 Yanvar , 2020 17:31
Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan da eyni dəstəyi Gürcüstan tərəfindən bütün beynəlxalq qurumlarda görür: “Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənəddə birgə təlimlər və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Z.Həsənov Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi