Yavər Camalov Pakistana gedir

Yavər Camalov Pakistana gedir Səfər noyabrın 22-dən 25-dək davam edəcək
Hərbi
18 Noyabr , 2016 16:44
Yavər Camalov Pakistana gedir

Bakı. 18 noyabr. REPORT.AZ/ Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olacaq.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində keçiriləcək “İDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.

Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistan İslam Respublikasının dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi