Yavər Camalov İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul etdi

Yavər Camalov İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul etdi Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı
Hərbi
8 Sentyabr , 2016 12:01
Yavər Camalov İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul etdi

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Y.Camalov Azərbaycan ilə İran arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki ölkə arasında bir çox sahələri əhatə edən mövcud əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Əli Seyfi də iştirak edib.

Son xəbərlər

Orphus sistemi