Yanğın baş verən hərbi hissənin ərazisində yaradılan qərargahın toplantısı keçirilib

Yanğın baş verən hərbi hissənin ərazisində yaradılan qərargahın toplantısı keçirilib Müdafiə Nazirliyi: Partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur
Hərbi
28 Avqust , 2017 11:58
Yanğın baş verən hərbi hissənin ərazisində yaradılan qərargahın toplantısı keçirilib

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğınla bağlı yaradılan qərargahın toplantısı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Növbəti dəfə əraziyə baxış keçiriən müdafiə naziri general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib, digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verib.

Partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir. 

Müdafiə Nazirliyindən bildirilib ki, utilləşmə məqsədi ilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur.

Son xəbərlər

Orphus sistemi