Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları inzibati cəriməyə cəlb edilməyəcəklər

Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları inzibati cəriməyə cəlb edilməyəcəklər Dəyişikliklər səsə qoyularaq qəbul olunub
Hərbi
16 Dekabr , 2014 14:55
Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları inzibati cəriməyə cəlb edilməyəcəklər

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları ictimai işlərə və inzibati cəriməyə cəlb edilməyəcəklər. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisdə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib.

İXM-in 15.3-cü maddəsinə ediləcək əlavəyə görə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ictimai işlər və inzibati cərimə tətbiq edilə bilməz. Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarını ictimai işlərə cəlb edilə bilməməsi 28-1.3.5-ci maddədə də əks olunub.

15.3-cü maddənin “Qeyd” hissəsinə edilən əlavəyə görə isə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da hərbi qulluqçu hesab ediləcəklər.

Qeyd edək ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi