Yuxarı

Xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb

Xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sənədlərin qəbulu bu ilin aprelin 1-dən 30-dək həyata keçiriləcək.

Qəbul qaydaları ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi