Yuxarı

Xızıda partlamamış top mərmisi aşkarlanıb

Xızıda partlamamış top mərmisi aşkarlanıb
ANAMA tərəfindən 2 500 kv.m ərazi yoxlanılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Xızı rayonunda partlamamış hərbi sursat aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a bildirilib ki, rayonun Stalçay kəndində Qızıldərə adlanan ərazidə 1 ədəd partlamamış hərbi sursat (PHS) (100 mm-lik top mərmisi OF-15) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA tərəfindən 2 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik yanvarın 1-dən 21-dək Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirib, 1 232 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 12 470 kv.m ərazi yoxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi