Xızıda daha 204 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda daha 204 ədəd partlamamış hərbi sursat aşkarlanıb Bakı. 17 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
Hərbi
17 Dekabr , 2017 04:41
Xızıda daha 204 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 204 ədəd partlamamış hərbi sursat (PHS), 273 ədəd partlamış-yanmış mərmi qalıqları və 687 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 137 500 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, 96 gün ərzində ayrı-ayrı ərazilərə baxış keçirilib, 22 174 ədəd partlamamış hərbi sursat (PHS), 13 064 ədəd partlamış-yanmış sursat qalıqları və 79 164 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 679 978 kv.m ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi