Xızıda daha 193 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda daha 193 ədəd partlamamış hərbi sursat aşkarlanıb Bakı. 28 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
Hərbi
28 Noyabr , 2017 00:50
Xızıda daha 193 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 193 ədəd partlamamış hərbi sursat (PHS), 136 ədəd partlamış-yanmış mərmi qalıqları və 463 kq yandırma məhsulu aşkar edilərək götürülüb, 289000 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, 82 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 20390 ədəd partlamamış hərbi sursat (PHS), 9861 ədəd partlamış-yanmış sursat qalıqları və 71512 kq yandırma məhsulu aşkar edilərək götürülüb, 71348 062 kv.m ərazi yoxlanılıb. Bununla yanaşı, rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Son xəbərlər

Orphus sistemi