Xızıda 723 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 723 ədəd partlamamış hərbi sursat aşkar edilib 69 gün ərzində 15939 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Hərbi
15 Noyabr , 2017 02:28
Xızıda 723 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində dəniz sahilinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 723 ədəd partlamamış hərbi sursat (PHS), 130 ədəd partlamış-yanmış mərmi qalıqları və 277 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 348 800 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, 69 gün ərzində 15939 ədəd partlamamış hərbi sursat (PHS), 7832 ədəd partlamış-yanmış sursat qalıqları və 65691 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 67 041 785 kv.m ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Son xəbərlər

Orphus sistemi