Yuxarı

Xızıda 191 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 191 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 191 ədəd partlamamış hərbi sursat (PHS), 163 ədəd partlamış-yanmış mərmi qalıqları və 412 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 337 500 kv.m (33.75 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 80 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 20095 ədəd partlamamış hərbi sursat, 9636 partlamış-yanmış sursat qalıqları və 70 830 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 70 936 762 kv.m ərazi yoxlanılıb.

Bununla yanaşı, rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi