Xızıda 187 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 187 ədəd partlamamış hərbi sursat aşkarlanıb Bakı. 13 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, Məşədi Həsən kəndi ərazisində yaşıllaşdırma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
Hərbi
13 Dekabr , 2017 23:37
Xızıda 187 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, Məşədi Həsən kəndi ərazisində yaşıllaşdırma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 187 ədəd partlamamış hərbi sursat (PHS), 242 ədəd partlamış-yanmış mərmi qalıqları və 726 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 111 266 kv.m (11.13 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 93 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 21622 ədəd partlamamış hərbi sursat (PHS), 12401 ədəd partlamış-yanmış sursat qalıqları və 76 962 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 363 478 kv.m (7 336 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Son xəbərlər

Orphus sistemi