Yuxarı

Xızıda 176 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 176 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar hərbi hissənin ətrafına baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 176 ədəd partlamamış hərbi sursat (PHS), 120 ədəd partlamış-yanmış mərmi qalıqları və 499 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 6,40 ha ərazi yoxlanılıb.

Ümumiyyətlə, 74 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 18991 ədəd partlamamış hərbi sursat (PHS), 8 568 ədəd partlamış-yanmış sursat qalıqları və 68102 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Bununla yanaşı, rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi