Xızıda 1261 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 1261 ədəd partlamamış hərbi sursat aşkarlanıb 327 ədəd partlamış-yanmış mərmi qalıqları aşkar edilərək götürülüb
Hərbi
5 Sentyabr , 2017 01:18
Xızıda 1261 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 evin hamamına, 2 əkin sahəsinə, 1 otlaq sahəsinə, Bakı-Rostov dəmiryolu xəttinin kənarına, ferma ərazisinə, zeytunçuluq təsərrüfatına və partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a veerilən məlumata görə, 1261 ədəd partlamamış hərbi sursat, 327 ədəd partlamış-yanmış mərmi qalıqları və 485 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 628 000 kv.m (62.8 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 9 gün ərzində 12 ev, 40 evin həyətyanı sahəsinə, 7 ferma ərazisinə, 8 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dunkerlərinə baxış keçirilib, 2 747 ədəd partlamamış hərbi sursat, 2 130 ədəd partlamış-yanmış sursat qalıqları və 2 107 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 10 485 672 kv.m (1 048.57 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi