Yuxarı

​"Xəzər kuboku - 2016" müsabiqəsində hərbi dənizçilərimiz mükafatlandırılıb

Komandamız ikinci yerə layiq görülərək xüsusi medalla təltif edilib

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan hərbi dənizçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları -2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsinə yekun vurulub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini 1-ci dərəcəli kapitan Sübhan Bəkirov, Rusiya Federasiyası Xəzər Donanmasının komandanı kontr-admiral Sergey Pinçuk və Dağıstan Muxtar Respublikasının rəsmi nümayəndələri iştirak ediblər.

G-124 gözətçi gəmisinin zabiti baş leytenant İsrail Məmmədov nümayiş etdirdiyi bacarıq və peşəkarlığa görə fərdi mükafata layiq görülüb.

"Xəzər kuboku - 2016" müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız ikinci yerə layiq görülərək xüsusi medalla təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi