Xəzər dənizində Azərbaycan, Qazaxıstan və Rusiyanın iştirakı ilə beynəlxalq hərbi-dəniz təlimləri keçiriləcək

Xəzər dənizində Azərbaycan, Qazaxıstan və Rusiyanın iştirakı ilə beynəlxalq hərbi-dəniz təlimləri keçiriləcək Rusiya Xəzər dəniz donanması 2016-cı ildə təxminən 20 təlim keçirəcək
Hərbi
26 Noyabr , 2015 12:54
Xəzər dənizində Azərbaycan, Qazaxıstan və Rusiyanın iştirakı ilə beynəlxalq hərbi-dəniz təlimləri keçiriləcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiya Xəzər dəniz donanması 2016-cı ildə təxminən 20 təlim keçirəcək. Onlar arasında, həmçinin Azərbaycan və Qazaxıstanın iştirakı ilə baş tutacaq beynəlxalq hərbi-dəniz təlimləri də var.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

"2016-cı ildə Xəzər dəniz donanmasının dənizçiləri üçün prioritet Rusiya Hərbi Dəniz Donanmasının rəhbərlik edəcəyi Qazaxıstan-Azərbaycan-Rusiya üçtərəfli beynəlxalq hərbi-dəniz təlimləri olacaq. Ümumilikdə isə iyirmiyə yaxın müxtəlif növ təlimlərin keçirilməsi planlaşdırılıb", - mətbuat xidməti bildirib.

Son xəbərlər

Orphus sistemi