Yuxarı

"Xəzər dənizi-2015" gəmi biatlonu yarışının birinci mərhələsi mart ayında keçiriləcək

Yarışda bütün beş Xəzəryanı ölkələrin nümayəndələri iştirak edəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ "Xəzər dənizi-2015" beynəlxalq gəmi biatlonunun keçirilməsi üçün yol xəritəsinin hazırlanmasına başlanılıb. Yarışda bütün beş Xəzəryanı ölkələrin - Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın nümayəndələri iştirak edəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, yarışların birinci mərhələsi gələn ilin mart ayında, final avqust ayında keçiriləcək. 

RF Xəzər Donanmasının komandiri İldar Axmerovun bildirdiyi kimi, "Xəzər dənizi-2015" hərbi-dəniz müsabiqəsi Cənub Hərbi Dairənin quru poliqonlarında və Xəzərin şimal hissəsinə keçəcək.  Zirehli texnika və dəniz piyada qoşunları quruda, gəmilər dənizdə yarışacaq.

"Ölkələr arasında razılıq əldə olunub, bu növ yarış təlimlərinin dünya təcrübəsinin olmadığına görə hazırda bütün təfərrüatlar müzakirə olunur. NATO güclərinin birgə təlimləri aparılır, lakin bu cür yarışlar dənizçilər arasında hələ keçirilməyib", - İldar Axmerov qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi