Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Naxçıvana səfər ediblər

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Naxçıvana səfər ediblər Qonaqlar hərbi qulluqçuların döyüş hazırlığından, onlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitinin səviyyəsindən məmnun qalıblar
Hərbi
4 İyun , 2015 17:46
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Naxçıvana səfər ediblər

Bakı. 4 iyun. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri Naxçıvan şəhərinə səfər ediblər. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, on iki dövləti təmsil edən hərbi attaşelər Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə və hərbi hissədə olublar. Qonaqlar hərbi qulluqçuların döyüş hazırlığından, onlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitinin səviyyəsindən məmnun qalıblar.

Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər və onların ailə üzvləri Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin muzeyini ziyarət ediblər.

Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzini, "Əshabi-Kəhf" ziyarətgahını, Möminə Xatun türbəsini, Naxçıvan qalasını, duz mağarasını, Nuh Peyğəmbərin məzarını ziyarət ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi