Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar

Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar On beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub
Hərbi
15 Fevral , 2017 15:30
Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

On beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib və maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi