Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib Görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Hərbi
19 İyun , 2017 10:08
Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
Mod.gov.az

Bakı. 19 iyun. REPORT.AZ/ Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə vyetnamlı qonaqlar ümummilli lider Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazası ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Dənizçilik Fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi