“Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri keçiriləcək

“Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri keçiriləcək Turnir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr edilib
Hərbi
19 Yanvar , 2017 20:41
“Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri keçiriləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçiriləcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "Report"a verilən məlumata görə, turnir Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr edilib.

Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsidir. Turnir fevralın 7-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 5 nəfərdən təşkil olunan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nümayəndələrdən ibarət komandalar iştirak edə bilər. Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirdə iştirak etmək istəyənlərdən komandanın tərkibi haqqında məlumatı yanvarın 25-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi.

Son xəbərlər

Orphus sistemi